“Şamaxı” klubunun çalışdırıcısı Vüqar Əsgərli Premyer Liqanın 13-cü turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib. Fanat.Az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri səfər qarşılaşmasından sonra baş tutan mətbuat konfransında bunları deyib: “Tovuz səfəri həmişə ağır olub. Bu oyuna çox ciddi hazırlaşmışdıq. Bizə xal lazım idi. “Turan Tovuz”un yaxşı müdafiə olunduğunu bilirdik. Bu müdafiəni yarmaq üçün bizə rotasiyalar lazım idi. Qol imkanlarını qola çevirə bilmirdik. Həftə ərzində bunun üzərində işlədik. Sevincliyik. Futbolçularımı təbrik edirəm. Səbrli olmalıyıq, bu oyunçulara inanmaq lazımdır. Onlar bizim gələcəyimizdir. Hər oyuna motivasiya ilə çıxırlar. “Turan Tovuz”a da uğurlar arzulayıram. Bütün matçlara hazırlaşanda rəqibin oyun üslubuna fikir veririk. “Turan Tovuz”un heyətində kifayət qədər yaxşı futbolçular var. Bu gün istədiyimiz oyunu sərgiləyə bildik. Komandamız matça yaxşı köklənmişdi. Təbii ki, qələbə üçün mükafat olacaq. Amma məbləği bilmirik. Biz pula görə futbol oynamırıq. Bizim üçün ən böyük mükafat ilk qələbəmizdir. Növbəti turda ə”Sumqayıt”la qarşılaşacağıq. Bu matçın ciddiyyətini başa düşürük. Oyuna az da olsa, vaxtımız var. Ümid edirəm istədiyimiz oyunu sərgiləyə biləcəyik”.
Vüqar Əsgərli: "Qələbəyə görə mükafat olacaq"
TREND
Tv Afişa
10:47
18.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Futbol
12:05
20.10.2026
Şahin Diniyev "Sabah" - "Borussiya" matçına proqnozunu açıqladı
Azərbaycan futbolu
15:10
21.10.2026
Nəriman "Qarabağ"a qayıtmaq istəyirmi? - Özü cavabladı
Tv Afişa
09:51
23.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Oxşar xəbərlər
Azərbaycan futbolu
13:45
23.10.2026
MPL: Şamaxıda heyətlər bilindi, "Zirə" "Sumqayıt"a qarşı - YENİLƏNİR
Azərbaycan futbolu
13:22
23.10.2026
"Sabah" bir addım öndədir" - Şahin Diniyev derbi barədə danışdı
Azərbaycan futbolu
13:02
23.10.2026
Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır
Azərbaycan futbolu
09:28
23.10.2026
Azərbaycan qitədə neçəncidir? - UEFA reytinqi