"Vorskla"nın kapitanı: “Sevinməyə gücümüz qalmamışdı”

"Vorskla"nın kapitanı: “Sevinməyə gücümüz qalmamışdı”

 

"Qarabağ”ı yenmək üçün bütün gücümüzü meydanda qoyduq. Oyundan sonra paltardəyişmə otağında sevinməyə gücümüz qalmamışdı”.

 

Fanat.Az xəbər verir ki, bunu "Vorskla”nın 30 yaşlı kapitanı Vladimir Çesnakov deyib.

 

Avropa Liqasında qrup mərhələsinin III turunda "Qarabağ”la üz-üzə gələn ukraynalılar  Bakı Olimpiya Stadionunda 1:0 hesablı qələbə qazanıb.

Matçın ardından açıqlama verən yarımmüdafiəçi çox güc sərf etdiklərini vurğulayıb: "Gücümüz necə tükənmişdisə, qalib gəldiyimizin fərqində deyildik. Tarixi zəfər qazandıq. Bu, Avropa Liqasında ilk qələbəmiz idi. Poltavalı azarkeşlərin hamısını təbrik edirəm”.

 

Fanat.Az

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər