Vitsel Madrid təmsilçisini Səudiyyə Ərəbistanına dəyişir

Vitsel Madrid təmsilçisini Səudiyyə Ərəbistanına dəyişir

"Atletiko Madrid"in yarımmüdafiəçisi Aksel Vitsel iş yerini dəyişmək üzrədir.

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, belçikalı Səudiyyə Ərəbistanı klublarının birindən sərfəli təklif alıb.

Xəbərə görə, "Atletiko" Vitselin həmin kluba transferini uyğun sayır və 34 yaşlı futbolçunun özü də karyerasının qürub çağında ərəblərin təklifinə "yox" demək niyyətində deyil.

Qeyd edək ki, Vitsel ötən ilin yayından Madrid təmsilçisinin formasını geyinir. Onun paytaxt klubu ilə müqaviləsinin müddəti gələn ilin yayına qədərdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər