"Vircil van Deyk möhtəşəm liderdir"

"Vircil van Deyk möhtəşəm liderdir"

"Liverpul"un qapıçısı Kuivin Kelleher komandasının kapitanı Vircil van Deykdən danışıb.

Fanat.Az xəbər verir ki, onun dediklərini "qırmızılar"ın rəsmi saytı belə çatdırıb:

"Van Deyk və Konate Liqa Kubokunun finalını əla keçirdilər. Oyuna sonradan çıxan Carrel Kuansa da həmçinin. Belə müdafiəçilərlə qapıçı özünü rahat hiss edir. Vircil möhtəşəm liderdir. Bunu cari mövsüm bir daha isbatlayıb. Düzü, onların mənim önümdə oynamaları işimi inanılmaz dərəcədə rahatlaşdırır".

25 yaşlı Kelleher 2019-cu ildən "Liverpul"un uğurları üçün çalışır.

Qeyd edək ki, fevralın 25-də keçirilən İngiltərə Liqa Kubokunun finalında Yürgen Kloppun çalışdırdığı kollektiv "Çelsi" ilə üz-üzə gəlib. Matçın əsas vaxtı qolsuz bərabərliklə bitib. Əlavə vaxtın 118-ci dəqiqəsində van Deykin vurduğu qol sayəsində mersisaydlılar qələbə qazanıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər