Vinfrid Şefer: "Almeyda meydanda əsl liderdi"

Vinfrid Şefer: "Almeyda meydanda əsl liderdi"
Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) "Baniyas" klubunun baş məşqçisi Vinfrid Şefer yeni transfer Riçard Almeyda haqqında danışıb.
Fanat.Az xəbər verir ki, klubun rəsmi saytına danışan almaniyalı mütəxəssis braziliyalı yarımmüdafiəçinin komanda üçün dəyərli əlavə olduğunu bildirib:
"Almeydanın böyük təcrübəsi var və biz də yeni oyunçudan məhz bunu istəyirdik. O, Azərbaycan yığmasının aparıcı oyunçusu, meydanda əsl liderdi".
Qeyd edək ki, 2012-ci ilin iyunundan "Qarabağ”da çıxış edən Riçard Almeyda 2018-ci ilin yayında "Astana”ya keçib. 2019-cu ilin yanvarında isə Ağdam təmsilçisi onu 1 illik icarəyə götürüb. "Baniyas" BƏƏ çempionatında 12 turdan sonra 11 xalla 11-ci pillədə qərarlaşıb. Vinfrid Şefer isə 2010-cu ilin iyunundan 2011-ci ilin yanvarınadək "Bakı"nı baş məşqçisi olub. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər