Kikboksinq döyüş növü üzrə dəfələrlə Dünya və Avropa çempionu, Prezident mükafatçısı Azər Aslanov bu dəfə məşqçi kimi uğur qazanıb.
Mayın 31-də İngiltərənin London şəhərində peşəkarlar arasında kikboksinqin K-1 versiyasi üzrə KOK FIGHT SERIA adlı möhtəbər turnir keçirilib.
Bu yarışda Azər Aslanovun yetirməsi Elxan Əliyev də iştirak edib. Elxan Əliyev ingiltərəli rəqibinə 1-ci raundda sarsıdıcı əl zərbəsi ilə vaxtından əvvəl tam üstünlüklə qalib gəlib və dünya kəməri uğurda döyüşə vəsiqəsi qazanıb.