Venger sirri açmadı: "Böyük hadisə olacaq"

Venger sirri açmadı: "Böyük hadisə olacaq"

Yaxın gələcəkdə oyundankənar vəziyyət avtomatik qeydə alınacaq. 

Fanat.Az  istinadən xəbər veri ki, bu barədə FİFA-da dünya futbolunun inkişafı üzrə direktoru Arsen Venger (Arsene Wenger) məlumat verib.

71 yaşlı mütəxəssis "Le Soir" nəşrinə açıqlamasında bildirib ki, "Ofsayd mövqeyinin 2022-ci ilə qədər avtomatlaşdırılması ehtimalı yüksəkdir. Mübahisəli qərar tam şəffaf şəkildə avtomatik olaraq təyin olunacaq. Bütün detalları gizli saxlamalıyam, bu sirrdir. Amma bu dünya arbitrajında ​​böyük bir hadisə olacaq"

Hazırda hakimlər matçlarda VAR sistemindən istifadə edirlər, lakin müxtəlif epizodların təfsiri futbol ictimaiyyətində mübahisələrə səbəb olmağa davam edir. Venger hesab edir ki, futbol müasir texnologiyaya doğru getməlidir.

Bu dəyişiklik FIFA-da 2020-ci ilin yayından etibarən müzakirə olunur. Bu yeniliyin tətbiqi 2022-ci ildə Qətərdə keçiriləcək Dünya Kuboku ilə əlaqədar sürətləndirilməsi planlaşdırılır.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər