Vasif Durarbəyli "Kapablanka Memorialı"nda dördüncüdür

Vasif Durarbəyli "Kapablanka Memorialı"nda dördüncüdür

Kubanın paytaxtı Havanada Azərbaycan şahmatçısı Vasif Durarbəylinin iştirakı ilə 55-ci "Kapablanka Memorialı" davam edir.

Fanat.Az xəbər verir ki, yarışın elit turnirində mübarizə aparan 30 yaşlı qrossmeysterimiz 5-ci turda yerli şahmatçı Luis Pereslə heç-heçəyə razılaşıb.

Beləliklə, xalını 3-ə çatdıran Durarbəyli hazırda 4-cü pillədə qərarlaşıb. O, lider Hans Nimandan (ABŞ) 1 xal geri qalır. Şahmatçımız növbəti turda Kubanın digər təmsilçisi Reynaldo Ortiz Suareslə münasibətləri aydınlaşdıracaq.

Qeyd edək ki, 10 şahmatçının qatıldığı turnir dairəvi sistem üzrə 9 turdan ibarətdir. Yarışa aprelin 28-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər