Van der Sar: "Zidan məşqə "Fiat", o birilər "Ferrari" ilə gəlirdi..."

Van der Sar: "Zidan məşqə "Fiat", o birilər "Ferrari" ilə gəlirdi..."
1999-2001 aralığında Zinəddin Zidanla "Yuventus”da komanda yoldaşı olmuş Edvin van der Sar maraqlı fakt açıqlayıb.
Fanat.Az xəbər verir ki, niderlandlı veteran qolkiper "As” nəşrinə belə deyib:
"Zidan qaraqabaq idi. İngiliscə yaxşı bilmirdi. Ya fransızca danışırdı, ya da italyanca... O sadə ağ futbolkada və cins şalvarda məşqə gəlir, "Fiat” sürürdü. Ancaq digər futbolçular belə deyildi. "Dolce&Gabbana”,  "Versace” kimi firmalardan geyinir, məşqə "Ferrari” ilə gəlirdilər...
Əlbəttə, xasiyyəti tünd olduğu üçün Zizu ara-sıra qırmızı vərəqə alırdı. Amma belə olmasaydı, o, xarizmatik Zidan olmazdı”.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər