Van de Bek İngiltərə klubunda - RƏSMİ

Van de Bek İngiltərə klubunda - RƏSMİ
"Mançester Yunayted” heyətini yeni futbolçu ilə gücləndirib.
 
Fanat.Az xəbər verir ki, Premyer Liqa nəhəngi Niderland yığmasının və "Ayaks”ın yarımmüdafiəçisi Donni van de Beki transfer edib.
 
Bu barədə "qırmızı şeytanlar”ın rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
 
Britaniya mətbuatı "Mançester Yunayted"in bu transferə görə "Ayaks”a 40 milyon funt sterlinq ödəyəcəyini yazıb.
 
Qeyd edək ki, niderlandlı futbolçu ötən mövsüm "Ayaks”da 37 oyuna 10 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər