"Valensiya"nın koronavirusa yoluxan daha bir oyunçusunun adı məlum oldu

"Valensiya"nın koronavirusa yoluxan daha bir oyunçusunun adı məlum oldu
"Valensiya"nın müdafiəçisi Eliakim Manqalyada koronavirus aşkarlanıb.
Fanat.Az xəbər verir ki, Manqalyanın analiz nəticəsi pozitiv çıxıb. Fransız futbolçu instaqram hesabında bu barədə paylaşım edib. Testin cavabına baxmayaraq, o, indilik özündə xəstəlik əlamətlərini hiss etmədiyini bildirib.
Manqalya ailəsindən ayrı, evdə karantin altında olduğunu qeyd edib.
İlk olaraq "Valensiya"nın müdafiəçisi Esekiel Qarayın koronavirusa yoluxduğu açıqlanmışdı. Qaray və Mankalya ilə yanaşı, "yarasalar"ın daha 3 futbolçusunda xəstəlik aşkarlandığı bildirilir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər