Vadji "Sent-Etyen"ə qələbə qazandırdı

Vadji "Sent-Etyen"ə qələbə qazandırdı

“Qarabağ”ın sabiq hücumçusu İbrahima Vadji Fransa “Sent-Etyen”ində növbəti qolunu vurub. 

Fanat.Az xəbər verir ki, Liqa-2-nin 34-cü turu çərçivəsində “Genqam”ı qonaq edən Vadjinin komandası 3:2 hesabı ilə qalib gəlib.

53-cü dəqiqədə - "Sent-Etyen" hesabda 1:2 geridə olarkən əvəzetmədən meydana daxil olan seneqallı forvard oyunda geridönüş etməyi bacarıb. Belə ki, komandası görüşdən 3:2 qalib ayrılıb. Matçda qələbə qolunu məhz Vadji vurub. O, 88-ci dəqiqədə fərqlənib.

Bu qələbədən sonra xallarının sayını 46-ya çatdıran “yaşıllar” 10-cu pilləyə yüksəliblər.

Beləliklə, Vadji bu mövsümdə keçirdiyi 26 oyunda 10-cu qoluna imza atıb. 

Xatırladaq ki, 27 yaşlı forvard ötən ilin avqustunda “Qarabağ”dan Fransa klubuna transfer olunub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər