"Aston Villa"nın baş məşqçisi Unai Emeri İngiltərə Premyer Liqasının 31-ci turunda səfərdə "Mançester Siti"dən aldıqları ağır məğlubiyyəti (1:4) şərh edib.
Fanat.Az xəbər verir ki, onun dediklərini klubun rəsmi saytı belə çatdırıb:
"Bir qədər üzgünəm. Onlar üçüncü qolu vurana qədər, yəni 60 dəqiqə mübarizə aparmağa çalışdıq. Bəzi futbolçuları dəyişmək istəyirdik. Lakin "Mançester Siti" 3-cü dəfə qapımıza yol tapandan sonra vəziyyət qəlizləşdi.
Meydan sahibləri bizə güclü təzyiq edərək oyuna nəzarəti əllərində saxladılar. Nəticə ilə barışmalıyıq. Robin Olsen, Tim Ayriqbunam, Con Duran, Nikolo Dzanyolo, Morqan Rocers kimi futbolçulara oynamaq imkanı yaratmalıydıq. Şadam ki, bu oyunçular yeni səviyyəyə çatmaq, güclənmək istiqamətində addım atdılar. Qarşıdakı görüşlərdə daha çox futbolçuya ehtiyacımız olacaq".
Nihat