Əksəriyyət tərəfindən amerikan futbolu tarixinin ən yaxşı oyunqurucusu hesab olunan Tom Bredi "Nyu-İnqlend Petriots"dan ayrılıb.
Fanat.Az xəbər verir ki, Bredi tvitter hesabı vasitəsilə bu barədə məlumat yayıb. 42 yaşlı futbolçu bazar ertəsindən etibarən digər klublarla danışıqlara başlaya bilər.
Bredi 2000-ci ildə "Nyu-İnqlend" tərəfindən NFL draftında 6-cı tur, 199-cu sıradan seçilib. Bu günə kimi sadəcə "Petriots"un formasını geyinən ulduz oyunqurucu 6 dəfə Superboulun qalibi olub, 3 dəfə isə NFL-in "ən dəyərli oyunçu"su seçilib.
Fanat.Az