UFC prezidenti: "Makqreqor yenidən çempion olmaq eşqi ilə yanır"

UFC prezidenti: "Makqreqor yenidən çempion olmaq eşqi ilə yanır"
İrlandiyalı döyüşçü Konor Makqreqor yenidən rinqə qayıdır.
Fanat.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə UFC-nin prezidenti Dana Uayt açıqlama verib.
"Konor daim bizimlə əlaqə saxlayır. UFC-yə qayıtmaq və yenidən çempion olmaq istəyi ilə yanır", - deyə Uayt bildirib.
Təşkilat sədri həmçinin qeyd edib ki, Konor hazırkı çempion Həbib Nurməhəmmədovun ona revanş şansı verməyəcəyinə də inanmır:
 
"O, hər kəslə döyüşməyə hazırdır. Hətta revanş ala bilməsə belə kimləsə rinqə çıxacaq".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər