UEFA Azərbaycan klublarına ödəniş etdi

UEFA Azərbaycan klublarına ödəniş etdi

2024/2025-ci illər mövsümündə avrokuboklarda (Avropa Liqası, Konfrans Liqası) çıxış edən Premyer Liqa klubları üçün UEFA tərəfindən ayrılmış ödənişlər AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.

Fanat.Az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Ödəniş “Zirə”yə Avropa Liqasındakı, “Sumqayıt”a (tam ödəniş) və “Sabah”a isə Konfrans Liqasındakı çıxışa görə edilib.

“Zirə” – 349.600 avro “Sabah” – 174.600 avro “Sumqayıt” – 524.600 avro

Qeyd edək ki, "Sumqayıt" Konfrans Liqasının II, "Sabah" isə III təsnifat mərhələsində mübarizəni dayandırıb. Mübarizəyə Avropa Liqasından start verən "Zirə" isə Konfrans Liqasının pley-offunda çıxışını davam etdirir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər