U-21 yığmamız darmadağından qaça bilmədi 

U-21 yığmamız darmadağından qaça bilmədi 

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi  AVRO-2023-ün seçmə mərhələsində bu gün növbəti matçını keçirib.

Fanat.Az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi komanda A qrupundakı 4-cü oyununda Xorvatiyanı qəbul edib.

Sumqayıtdakı "Kapital Bank Arena"da oynanılacaq qarşılaşma saat 20:30-da start götürüb. 

Təmsilçimiz öz meydanında 1:5 hesabıyla uduzub.

Hazırda 1 xalı olan millimiz 6 komanda arasında 5-ci pillədə qərarlaşıb. Xorvatiya isə 9 xalla 2-cidir.

AVRO-2023-ün seçmə mərhələsi

12 oktyabr

Azərbaycan – Xorvatiya 1:5 Qollar: Musa Qurbanlı, 55-pen. - Roko Şimiç, 9; 13; 44-pen. Nikola Soldo, 23. David Çolina, 81. Qırmızı vərəqə: Turan Vəlizadə, 65 (ikinci sarı) Baş hakim: Ondrjey Berka (Çexiya) Sumqayıt. “Kapital Bank Arena”

Azərbaycan: 22. Nicat Mehbalıyev, 2. Samet Karakoç, 3. Arsen Ağcabəyov, 4. Cəlal Hüseynov, 6. İldar Ələkbərov, 7. Turan Vəlizadə, 8. Səbuhi Abdullazadə, 17. Rüfət Abdullazadə (k), 18. Mustafa Yıldırım, 19. İsmayıl Zülfüqarlı, 20. Abdulla Rzayev. Ehtiyat oyunçular: 1. Rüstəm Samiqulin, 5. Rauf Hüseynli, 9. Musa Qurbanlı, 10. Asim Əlizadə, 11. Camal Cəfərov, 13. Ramin Əhmədov, 14. Vüsal Əsgərov, 15. Nihad Quliyev, 16. Ədilxan Qarəhmədov. Baş məşqçi: Milan Obradoviç.

Xorvatiya: 12. İvor Pandur, 3. David Çolina, 4. Boşko Şutalo (k), 5. Yosip Şutalo, 7. Antonio Marin, 8. Yuriça Prşir, 11. Lukas Kaçavenda, 15. Ante Palaversa, 16. Martin Baturina, 21. Nikola Soldo, 22. Roko Şimiç. Ehtiyat oyunçular: 1. Dominik Kotarski, 6. Hrvoye Smolçiç, 9. Marin Lyubiçiç, 13. Kreşimir Krizmaniç, 14. Mario Vuşkoviç, 17. Yakov-Anton Vasili, 18. Stipe Biuk, 19. Marko Bulat, 20. Qabriel Vidoviç. Baş məşqçi: İqor Bişçan.

Xal durumu: Xorvatiya - 12, Avstriya - 9, Norveç - 9 , Finlandiya - 7, Azərbaycan - 1, Estoniya - 0.

Qeyd edək ki, qrupun digər görüşlərində Norveç öz meydanında Estoniyanı 3:0, Finlandiya isə Avstriyanı 3:1 hesabıyla yenib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər