U-21 millimizin oyunlarının vaxtı açıqlandı

U-21 millimizin oyunlarının vaxtı açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi üç oyunun vaxtı və stadionu müəyyənləşib.

 

 

 

Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmamız sentyabrın 6-da, saat 21:00-da İsrail, sentyabrın 11-də, saat 20:00-da isə Norveç komandası ilə qarşılaşacaq.

 

 

 

Hər iki oyun "Dalğa Arena”da keçiriləcək. Komandamızın Norveçin müvafiq yaş qrupundan ibarət yığması ilə oktyabrın 16-dakı görüşü isə Drammen şəhərindəki "Marienlyst Stadium"da, yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00) keçiriləcək.

 

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər