U-21 millimiz İngiltərə ilə üz-üzə

U-21 millimiz İngiltərə ilə üz-üzə

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Fanat.az xəbər verir ki, F qrupunda yer alan yığma liderlər qrupunda qərarlaşan İngiltərə ilə qarşılaşacaq.

“Qarabağ Arena”da baş tutacaq görüş saat 16:00-da start götürəcək. Matçı Bosniya və Herseqovinadan olan hakim Antoni Bandiç idarə edəcək.

İngiltərə yığması 12 xalla qrupda ikinci pillədə qərarlaşıb. 4-cü sıradakı Azərbaycan millisinin hesabında 3 xal var.

Qeyd edək ki, Samir Əliyevin kollektivi martın 26-da eyni məkanda qrupun lideri Ukraynanı qəbul edəcək.

Avropa çempionatı Seçmə mərhələ F qrupu

22 mart 16:00. Azərbaycan – İngiltərə Baş hakim: Antoni Bandiç (Bosniya və Herseqovina). Bakı, “Qarabağ Arena”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər