U-21 hazırlığa başladı

U-21 hazırlığa başladı

Avropa çempionatının seçmə mərhələsində çıxış edəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Fanat.Az xəbər verir ki, Milan Obradoviç sentyabrın ilk həftəsində baş tutacaq iki oyun üçün 24 futbolçuya dəvət göndərib. Gənclər miliisi sentyabrın 2-də Velika Qoritsa şəhərindəki şəhər stadionunda Xorvatiya, sentyabrın 7-də isə Rid-innkreys şəhərindəki “Josko Arena”da Avstriya yığması ilə qarşılaşacaq. U-21 bu oyunlara hazırlaşmaq üçün dünəndən Bakıda təlim-məşq toplanışına start verib. Hazırlıq bir həftə - avqustun 29-dək davam edəcək. 

Qeyd edək ki, “Neftçi”dən dəvət olunan Mert Çelik, Asim Əlizadə, Vüsal Əsgərov və “Qarabağ”ın futbolçusu Musa Qurbanlı komandasının Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra düşərgəyə qoşulacaq.

Heyətə dəvət olunan futbolçuların adlarını diqqətinizə çatdırırıq:   1. Nicat Mehbalıyev Qəbələ  2.  Rüstəm Samiqullin Sabah 3. Əkbər Vəliyev Keşlə  4. Rauf Hüseynli Zirə 5. Arsen Ağcabəyov Sabah 6. Rüfət Əhmədov Qəbələ 7. Bəşir Ayralov Zaqatala 8. Cəlal Hüseynov Zirə 9. Mert Çelik Neftçi 10. Elçin Mustafayev Keşlə 11. Səbuhi Abdullazadə Sumqayıt 12. Asim Əlizadə Neftçi 13. Şakir Seyidov Sabah 14. Ədilxan Qarəhmədov Səbail 15. Veysəl Rzayev Sabah 16. Fərid Yusifli Neftçi 17. Turan Vəlizadə Keşlə 18. Rüfət Abdullazadə Sumqayıt 19. Vüsal Əsgərov Neftçi 20. İsmayıl Zülfüqarlı Neftçi 21. Camal Cəfərov Sabah 22. Kamran Quliyev Sabah 23. Musa Qurbanlı Qarabağ 24. İbrahim Hüseynov Qarabağ Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər