21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində 3-cü oyununu səfərdə Almaniyaya qarşı keçirən və 1:6 hesablı darmadağınla barışan yığmamız 5-ci dəfə üz-üzə gəldiyi rəqibdən 5-ci yenilgisini alıb. Fanat.Az-ın məlumatına görə, U-21 millimiz nəticələrini getdikcə pisləşdirir.
Belə ki, ilk 2 duelin hərəsində bundestimdən 2 top buraxan təmsilçimiz AVRO-2017-nin seçmə mərhələsində evdə və səfərdə 3 qola üzülüb. Yeni tsiklə isə almanlar daha istəkli başlayıb.
AVRO-2006-nın seçmə mərhələsi
08.10.2004. Azərbaycan – Almaniya – 0:2
02.09.2005. Almaniya – Azərbaycan – 2:0
AVRO-2017-nin seçmə mərhələsi
08.09.2015. Azərbaycan – Almaniya – 0:3
13.11.2015. Almaniya – Azərbaycan – 3:1
AVRO-2019-un seçmə mərhələsi
06.10.2017. Almaniya - Azərbaycan – 6:1
Fanat.Az