Rəzalət davam edir: U-17 yenə uduzdu, sonuncu oldu

Rəzalət davam edir: U-17 yenə uduzdu, sonuncu oldu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti görüşünü keçirib.

 

 

Fanat.Az-ın məlumatına görə, çox zəif çıxışla gələcəyə olan ümidləri sozaldan yığmamızın budəfəki rəqibi Qazaxıstan olub.

 

Yunanıstanın Patra şəhərində reallaşan formal dueldə 0:2 hesabı ilə məğlub olan Vüqar Məmmədin "drujina"sı seçmə mərhələni xalsız bitirib. Buraxdığı 10 top qarşılığında cəmi 1 dəfə rəqib qapılarına yol tapan təmsilçimiz rüsvayçı statistika ilə də azarkeşlərini üzüb.

 

Qrupun digər oyununda isə Yunanıstan Almaniyanı eyni hesabla üstələyib. Nəticələ Yunanıstanla Almaniya ilk iki yeri tutaraq, elit-raunda vəsiqə qazanıb.

 

Qeyd edək ki, yığmamız qrupdakı ilk iki matçında Yunanıstana 1:6, Almaniyaya isə 0:2 hesabı ilə yenilib.

 

AÇ-2020-nin ilkin seçmə mərhələsi

9-cu qrup

19 noyabr

 

Azərbaycan - Qazaxıstan - 0:2

Qollar: Dias Kuşkumbayev, 3;Alişer Rahimcanov, 85

Baş hakim: Denis Şurman (Ukrana).

Patra. Pampeloponnisiako stadionu

 

 

 

1

Yunanıstan

3

3

0

0

13-2

9

2

Almaniya

3

2

0

1

7-2

6

3

Qazaxıstan

3

1

0

2

3-10

3

4

Azərbaycan

3

0

0

3

1-10

0

 

 

Fanat.Az

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər