U-17-dən əsas milliyə gözdağı

U-17-dən əsas milliyə gözdağı

Maltada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yenidən maltalı yaşıdları ilə qarşılaşıb. 

Fanat.Az xəbər verir ki, oyun 2:0 hesabı ilə millimizin xeyrinə başa çatıb. 

U-17-nin heyətində 24-cü və 45+1-ci dəqiqələrdə uyğun olaraq, Əşrəf Ələkbərli və Nihad Əhmədzadə fərqlənib. 

Qeyd edək ki, tərəflər arasında martın 25-də keçirilmiş ilk qarşılaşma 2:2 hesabı ilə nəticələnmişdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər