Tuxel rəhbərlikdən Fransa yığmasının üzvünü istədi

Tuxel rəhbərlikdən Fransa yığmasının üzvünü istədi

"Milan"ın müdafiəçisi Teo Ernandes karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "El Nacional" yayıb.

Mənbə "Çelsi"nin baş məşqçisi Tomas Tuxelin fransalı futbolçunun gələn ay heyətə cəlb olunması üçün rəhbərliyə müraciət etdiyini vurğulayıb.

Ernandes İtaliya klubuna 2019-cu ildə "Real Madrid"dən transfer olunub. Həmin vaxt "Milan"a 21,5 milyon avroya başa gələn arxa xətt oyunçusunun transfer dəyərini "Transfermarkt" portalı 50 milyon avro ilə qiymətləndirir.

Cari mövsüm A Seriyasında 14 oyuna çıxan Fransa yığmasının üzvü 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər