Tuxel İngiltərə nəhəngi ilə danışıq aparır

Tuxel İngiltərə nəhəngi ilə danışıq aparır

Cari mövsümün sonunda "Bayern Münhen"in baş məşqçi postunu tərk edəcək Tomas Tuxelin İngiltərə nəhəngi ilə danışıq apardığı açıqlanıb.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən insayder Georq Holtsner yayıb.

Mənbə Tuxelin "Mançester Yunayted" rəhbərliyi ilə əlaqə saxladığını vurğulayıb. Xəbərə görə, alman mütəxəssisin "qırmızı şeytanlar"ın indiki çalışdırıcısı Erik ten Haqı əvəzləmək ehtimalı yetərincə realdır.

Xatırladaq ki, Tuxel ötən ilin martından "Bayern"in "sükanı arxası"ndadır.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər