Turun rəmzi komandası və ən yaxşısı açıqlandı

Turun rəmzi komandası və ən yaxşısı açıqlandı
Azərbaycan Premyer Liqasında XX turun rəmzi komandası və futbolçusu bəlli olub.
Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "InStat”ın təhlili əsasında "11-liy"ə "Qəbələ"dən və "Neftçi"dən 4, "Zirə"dən 2, "Qarabağ"dan isə 1 futbolçu düşə bilib. 
XX turun ən yaxşı oyunçusu isə "Qəbələ"nin fransalı legioneri Nikolas Rayseldi. 
Qapıçı: Anar Nəzirov – 303 ("Qəbələ”) - 3
Müdafiəçilər: Donald Gerye - 296 ("Neftçi”) - 3, İviça Juniç – 310 ("Qəbələ”) - 4, Anton Krivotsyuk - 306 ("Neftçi”) - 6, Amin Seydiyev - 350 ("Qəbələ”)
Yarımmüdafiəçilər: Stiven Monroz – 300 ("Neftçi”) - 6, Emin Mahmudov - 345 ("Neftçi”) - 3, Şafik Tiqruca - 329 ("Zirə”) - 3, Xayme Romero – 306 ("Qarabağ”) - 6
Hücumçular: Nikolas Raysel - 352 ("Qəbələ”), Riçard Qadze – 268 ("Zirə”) - 2
Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm "InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər