Almaniya Qərb Regional Liqasında XVII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın çıxış etdiyi "Fortuna"nın U-23 komandası səfərdə "Şalke II" ilə qarşılaşıb.
Görüş futbolçumuzun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan yığmasının düşərgəsindən zədəli qayıdan Erat komandasına bu oyunda kömək edə bilməyib.
Qeyd edək ki, Tuğrulun komandası hazırda 22 xalla 19 klub arasında 9-cu pillədə qərarlaşıb.
Fanat.az