Türkiyə klubunda yeni baş məşqçi

Türkiyə klubunda yeni baş məşqçi

Türkiyənin "Alanyaspor" klubunun yeni baş məşqçisi bəlli olub.

Fanat.Az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Ersun Yanal çalışdıracaq.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. 61 yaşlı mütəxəssis bu postda ötən gün istefa vermiş Françesko Fariolini əvəzləyib.

Xatırladaq ki, Ersun Yanal son olaraq 2020/2021 mövsümündə "Antalyaspor"da baş məşqçi kimi çalışıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər