Türkiyənin "Fatih Karagümrük” klubunun heyətində koronavirusa yoluxma faktı aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, komandanın iki futbolçusu - Yure Balkoveç və Artur Sobiex virusa yoluxub.
Testlərinin cavabı müsbət çıxan oyunçular karantinə alınıblar.
Qeyd edək ki, "Fatih Karagümrük” Super Liqada 9-cu sırada yer alıb.
Fanat.Az