"Turan Tovuz"dan növbəti transfer

"Turan Tovuz"dan növbəti transfer

Transfer çalışmalarını davam etdirən "Turan Tovuz" heyətini daha bir futbolçu ilə gücləndirib.

Fanat.Az qərb təmsilçisinin rəsm i "Facebook" səhifəsinə istinadən xəbər verir ki, klub Cənubi Afrika Respublikasından olan müdafiəçi Siyanda Xulunu transfer edib.

31 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, peşəkar karyerasına ölkəsinin "Mamelodi Sandaunz" klubunda başlayan futbolçu "Kayzer Çifs", "Maritzburq Yunayted", Rusiyada isə “Rostov”un formasını geyinib. O, son olaraq İsrailin “Hapoel” (Tel Əviv) komandasının şərəfini qoruyub.

Siyanda Xulu əsas millidə 16 oyuna çıxıb və 1 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər