"Turan Tovuz" Gürcüstan klubunu məğlub etdi

"Turan Tovuz" Gürcüstan klubunu məğlub etdi

Gürcüstanda təlim-məşq toplanışında olan “Turan Tovuz” bu gün qonşu ölkədə ilk yoxlama oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Tbilisi təmsilçisi "Merani" ilə üz-üzə gəlib. 

İmeda Aşortia ilə Ayxan Hüseynovun qolları və "Merani"nin avtoqolu ilə "Turan Tovuz" 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Turan Tovuz” Gürcüstandakı toplanış çərçivəsində daha iki yoxlama oyunu keçirəcək. İyulun 27-də Tiflis “Dinamo”su ilə qarşılaşacaq tovuzlular, ayın 29-da da “Qaqra” ilə üz-üzə gələcəklər.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər