Tura "sülh"lə yekun vuruldu

Tura "sülh"lə yekun vuruldu

Futbol üzrə Azərbaycan I Divizionda bu gün III tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, turun bağlanış matçında "Keşlə-2" ilə "Qəbələ-2" üz-üzə gəlib.

Görüş liderliyin ələ keçirilməsi baxımından prinsipiallıq daşıyırdı. Bakılılar qələbə qazanacağı halda, vahid, bölgə təmsilçisi səfərdən 3 xalla dönəcəyi təqdirdə isə şərikli lider olacaqdı. Ancaq tərəflər hərəyə 1 qol vurub 1 xalla kifayətləniblər.  Xatırladaq ki, qəbələlilər UEFA Gənclər Liqasında iştirak etdiyi üçün çempionat oyununun vaxtı ötən həftəiçindən bugünə dəyişdirilib.  I Divizion, III tur 4 oktyabr (bazar ertəsi) Keşlə-2 – Qəbələ-2 1:1 Qollar: Anatole Abanq, 11 - Süleyman Damadayev, 46. Qeyd edək ki, III tura digər oyunları sentyabrın 28-29-da keçirilib: Kəpəz – Qarabağ-2 4:2 (Vüsal Məsimov, 52, Tural Rzayev, 68-p, Cavid İmamverdiyev, 90+3, Bəhruz Teymurov, 90+7 - Seyxan Fərəcov, 7, Sultan Mustafayev, 45+1), Neftçi-2 – Qaradağ Lökbatan 0:4 (Urfan İsmayılov, 30, Həbib İsmayılov, 38, Əlibala Ağayev, 52, Elnur SƏmədov, 56), Turan Tovuz – Sabah-2 1:3 (Sadiq Şəfiyev, 26 - Ceyhun Nuriyev, 70, 87, Fərid Kəzimzadə, 77), Zirə-2 – MOİK 0:4 (Emin Mehtiyev, 2-p, Rafael Qavami, 37, Elşən Veysov, 45+1, Ruslan Voronsov, 81), Səbail-2 – Zaqatala 2:0 (Aydın Ağazadə, 12. Zeynəddin Əbdurahmanov, 47).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər