Tuhel üzr istədimi? - AÇIQLAMA

Tuhel üzr istədimi? - AÇIQLAMA
PSJ-nin çalışdırıcısı Tomas Tuhel Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda baş tutan "Laypsiq"lə matçda (1:0) baxımsız oynamalarına yönələn tənqidlərə münasibət bildirib.
Fanat.Az Fransa mətbuatına istinadən xəbər verir ki, o, bununla bağlı deyib: "Laypsiq"lə matçda daha çox müdafiə olunmalı  idik və bunu da elədik. Bu səbəbdən üzr istəməyəcəyəm. Bu gecə təzyiqdən qurtulmaq mümkün deyildi, bunu qəbul etməliyik. Biz də hücum etmək istəyirik, amma bəzən mümkün olmur".
Qeyd edək ki, PSJ bu görüşdə "Laypsiq"ə qalib gələrək rəqibi ilə xallarını bərabərləşdirib. Paris təmsilçisi H qrupunda hazırda 6 xalla "Leypsiq"lə 2-3-cü pillələri bölüşdürür.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər