Futbol üzrə İran çempionatında 17-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbrizlilər səfərdə “Sanat Naft”la qarşılaşıb və oyundan məğlubiyyətlə ayrılıblar – 0:1. Beləliklə, komanda artıq yeddinci oyunda qələbəyə həsrət qalıb.
17 tura cəmi 14 xal toplayailən “Traktor” 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.