"Traktorsazi" türk-müsəlman qarşılaşmasında uduzdu

"Traktorsazi" türk-müsəlman qarşılaşmasında uduzdu
Asiya Çempionlar Liqasında II turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, "Traktorsazi" bu turda Qətərin "Əl-Qarafa" klubunun qonağı olub.
Ertoğrul Sağlamın başçılıq etdiyi Təbriz klubu başqa bir türk mütəxəssis, "Bursaspor"u Super Liqanın qalibi etmiş Bülent Uyğunun salışdırdığı kluba 0:3 hesabı ilə yenilib. Qollardan biri avtoqol olaraq qeydə alınıb, hər komanda bir dəfə penaltidən yararlana bilməyib.
Qeyd edək ki, "Traktorsazi" ilk turda  Səudiyyə Ərəbistanın "Əl Əhli" klubuna uduzmuşdu - 0:1. İlk iki turda xal qazana bilməyən Təbriz klubu qrup sonuncusudu.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər