"Traktorsazi" darmadağın etdi, təqibdən qopmadı

"Traktorsazi" darmadağın etdi, təqibdən qopmadı

İran çempionatında 23-cü turun oyunları keçirilir.
 
Fanat.Az xəbər verir ki, Güney Azərbaycan təmsilçisi "Traktorsazi” səfərdə "İstiqlal Xuzestan"la qarşılaşıb. "Al qurdlar” rəqib meydanında 3:0 hesablı darmadağına sevinib.
"İstiqlal Xuzestan" - "Traktorsazi" - 0:3
Qollar: Suqita, 16, Esmaeilfar, 43, Dejagaj, 66
Bu qələbə ilə xalını 46-ya yüksəldən Təbriz klubu 2-ci pillədədi. Turnir cədvəlinə 48 xalla "Persepolis" başçılıq edir. "Traktorsazi”nin ən yaxın təqibçisi "İstiqlal"ın isə 43 xalı var.
 
Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər