Futbol üzrə İran çempionatında 18-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu öz meydanında “İstiqlal”a yenilib - 0:1. Cənubi azərbaycanlılar artıq səkkiz oyundur ki, qələbə qazana bilmir.
18 tura 14 xal yığa bilən “Traktor” turnir cədvəlində 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.