"Traktor" ilk qələbəsini qazandı

"Traktor" ilk qələbəsini qazandı
İran çempionatında 4-cü turun oyunları keçirilib.
 
Fanat.Az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor” da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Mes Rafsancan”la qarşılaşıb. Təbriz klubu bu oyundan qələbə ilə ayrılıb – 1:0. Bu, Cənubi Azərbaycan nəhənginin yeni mövsümdəki ilk qələbəsidir.
 
Təbrizin digər təmsilçisi "Maşinsazi” isə bu turda "Gol Gohar”la ev oyununda minimal hesabla uduzub.
 
Dörd tura 5 xal yığan "Traktor” 16 iştirakçı arasında 10-cu, 1 xala malik "Maşinsazi” isə 15-ci yerdədir.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər