TPL-də 156 günlük seriya qırıldı

TPL-də 156 günlük seriya qırıldı

"Sumqayıt”ın məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

 

Fanat.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Topaz Premyer Liqasında ardıcıl 11 matçda uduzmayan Samir Abasovun yetirmələri XXIV turun "Qarabağ”la ev görüşündə 0:1 hesabı ilə yenilib.

 

"Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə XII turda məğlub olmuşdu. 2017-ci il noyabrın 17-də Ağdam klubuna səfərdə 0:2 hesabı ilə uduzan sumqayıtlılar 156 gündən sonra meydanı xalsız tərk edib.

 

 

Bu, həm də "Sumqayıt”ın Premyer Liqada 40-cı ev məğlubiyyətidi. Öz meydanında 109 qarşılaşma keçirən komanda bu matçadək 39 dəfə uduzmuşdu.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər