Tovuzda keçirilən məşqçi kursları başa çatdı

Tovuzda keçirilən məşqçi kursları başa çatdı
"Turan Tovuz" Futbol Akademiyasında keçirilən  "C" kateqoriyalı məşqçi kursları başa çatıb.
 
Fanat.Az xəbər verir ki, Qərb regionundan olan 18 məşqçinin qatıldığı kurslarda 6 inspektor məşqçilərin bilik və bacarıqlarının artırılması üçün nəzəri və praktiki dərslər keçib.
 
AFFA-nın dəstəyi və Qərb Regional Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən dərslərə rəhbərlik edən inspektorlar məşqçilərin hazırlanmasında yüksək peşəkarlıq nümayiş etdirdiklərinə görə QRFF tərəfindən təşəkkürnamə ilə təltif olunublar. 
Təşəkkürnamələri QRFF-nin prezidenti Nadir Nəbiyev təqdim edib. 
Təltif olunan inspektorlar bunlardır: 
Aslan Kərimov
Osman Rəhimov 
İlham Əzizzadə
Zamir Həsənov
Anar Salmanov
Cahangir Həsənzadə
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər