"Tomas Tuxel dünyanın ən yaxşı məşqçisi olmasa da..." - Quardiola

"Tomas Tuxel dünyanın ən yaxşı məşqçisi olmasa da..." - Quardiola

"Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola Çempionlar Liqasının 1/4 final matçı öncəsi rəqibi "Bayern Münhen"dəki baş məşqçi dəyişikliyini müzakirə edib.

Fanat.Az xəbər verir ki, "Euro-football" kataloniyalı mütəxəssisin oyunöncəsi mətbuat konfransında dediklərini belə çatdırıb:

“Nagelsmanla bağlı qərar məni təəccübləndirdi. Bununla belə, etiraf etmək lazımdır ki, Tomas Tuxel dünyanın ən yaxşısı olmasa da, ən yaxşı məşqçilərindən biridir. İşlədiyi yerdə uğur qazanıb. Növbəti qarşıdurmamızı görməyə şad olaram”.

Qeyd edək ki, "Bayern"də baş məşqçi dəyişikliyi martın 24-də reallaşıb.

“Mançester Siti” ilə Almaniya nəhəngi arasında ilk oyun bu gün, aprelin 11-də İngiltərədə keçiriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər