Tokio-2020-nin çempionlarına fəxri ad verildi

Tokio-2020-nin çempionlarına fəxri ad verildi

Azərbaycan paralimpiyaçıları - üzgüçü Roman Saley və atlet Lamiyə Vəliyevaya “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adlarının verilməsi barədə qərar qəbul edilib.

Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, sözügedən qərar 30 avqust 2022-ci il tarixində Gənclər və İdman Nazirliyinin növbəti kollegiya iclasında qəbul edilib.

Qeyd edək ki, R.Saley Tokio 2020 Yay Paralimpiya Oyunlarında üç qızıl, L.Vəliyeva bir qızıl, bir gümüş medal qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər