Tokio 2020: Lunyov 20-ci oldu

Tokio 2020: Lunyov 20-ci oldu
Tokio 2020-nin ilk günündə kişilər arasında 10 metr məsafəyə hava tapançasından atəş açma üzrə yarış start götürüb. 
Fanat.az xəbər verir ki, Bakı vaxtilə 08:00-da başlayan təsnifat mərhələsində təmsilçimiz Ruslan Lunyov da  mübarizə aparıb.
İlk "8-liy"in finala vəsiqə qazandığı mübarizədə güllə atıcımız 574 xalla 36 iştirakçı arasında 20- ci olub. 
Qeyd edək ki, Lunyov avqustun 1-də 25 metr məsafəyə sürətli atəş açma yarışında da qüvvəsini sınayacaq.
Sahib 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər