Tokio 2020: Aslanov sonuncu oldu

Tokio 2020: Aslanov sonuncu oldu

Azərbaycanın Tokio 2020 Yay Paralimpiya Oyunlarında pauerliftinq üzrə son təmsilçisi Şamo Aslanov da çıxışını başa vurub.

Fanat.Az xəbər verir ki, millimizin +107 kiloqram çəki dərəcəsindəki üzvü sifariş etdiyi hər üç ağırlığın (217, 225 və 230 kq) öhdəsindən gələ bilməyib. Nəticədə 38 yaşlı idmançımız 8 iştirakçı arasında sonuncu olub.

Tokio 2020: Aslanov sonuncu oldu

Qeyd edək ki, Azərbaycan komandası Tokio 2020-yə 4 pauerliftinqçi ilə qatılmışdı. Onlardan yalnız Pərvin Məmmədov medala sahib çıxıb (49 kq, bürünc). Nurlan Babacanov (97 kq) yeddinci, bu gün mübarizə aparan digər təmsilçimiz Elşən Hüseynov (107 kq) isə sonuncu olub.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər