Tokio 2020: ABŞ ardıcıl 4-cü dəfə finalda

Tokio 2020: ABŞ ardıcıl 4-cü dəfə finalda
Amerika Birləşmiş Ştatlarının kişilərdən ibarət basketbol millisi Tokio 2020-nin finalına vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, 15 qat Olimpiya çempionları Avstraliyanı 97:78 hesabı ilə məğlub edərək ardıcıl dördüncü Olimpiadada finala yüksəliblər.
Amerikalıların heyətində ən məhsuldar oyunçu 23 xalla Kevin Dürant olub.
Olimpiadanın favoritləri qızıl medal uğrunda həlledici görüşdə Fransa - Sloveniya cütünün qalibini gözləyir. 
Yarımfinal mərhələsinin ikinci qarşılaşması Bakı vaxtı ilə 15:00-da başlayacaq.
Qeyd edək ki, ABŞ 17 ildən sonra Olimpiya Oyunlarında ilk məğlubiyyəti Fransa ilə qrup oyununda almışdı (76:83).
 
Sahib Əsədbəyli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər