Tokio 2020: 60 yaşlı idmançımız finala yüksələ bilmədi

Tokio 2020: 60 yaşlı idmançımız finala yüksələ bilmədi

Azərbaycanın güllə atıcısı Yelena Taranova Tokio 2020 Yay Paralimpiya Oyunlarında ikinci çıxışını edib.

Fanat.Az xəbər verir ki, təmsilçimiz 25 metr məsafəyə atəşaçma yarışının təsnifat mərhələsində 273 xal toplayıb. Bu, 60 yaşlı idmançımıza 31 iştirakçı arasında 24-cü olmağa yetib. Finala isə ilk "səkkizlik" vəsiqə qazanıb

Qeyd edək ki, Azərbaycan tarixinin ilk Paralimpiya mükafatçısı olan Taranova avqustun 31-də 10 metr məsafəyə atəşaçmada da qüvvəsini sınayıb, 18 iştirakçı arasında 16-cı olmuşdu. O, son cəhdini sentyabrın 4-də 50 metr məsafəyə atəşaçmada edəcək.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər