FİFA 2022-ci ilin ən yaxşı kişi və qadın baş məşqçiləri nominasiyaları üzrə mükafatın finalçılarının siyahısını açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Yekun siyahıda hər nominasiya üzrə 3 mütəxəssis yer alıb:
Kişilər Karlo Ançelotti (İtaliya, "Real”) Xosep Qvardiola (İspaniya, "Mançester Siti") Lionel Skaloni (Argentina millisi)
Qadınlar Sonya Bompastor (Fransa, “Olimpik”, Lion) Pia Sundxage (İsveç, Braziliya millisi) Sarina Viqman (Niderland, İngiltərə millisi)
Xatırladaq ki, "The Best" mükafatı fevralın 27-də təqdim ediləcək.