Teymur Rəcəbov onlayn turnirə məğlubiyyətlə başladı

Teymur Rəcəbov onlayn turnirə məğlubiyyətlə başladı
Azərbaycan şahmatçısı Teymur Rəcəbov ispaniyalı Pepe Kuensanın dəvəti ilə qatıldığı onlayn turnirdə məğlub olub.
Fanat.Az xəbər verir ki, 33 yaşlı qrossmeyster 1/4 final mərhələsində İspaniya şahmatının parlayan ulduzu David Antonla üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 7:6. 
Şahmatçılar hər gedişə 2 saniyə əlavə edilməklə 3 dəqiqəlik qarşılaşmalar keçiriblər. 13 qarşılaşmanın 4-də ispan şahmatçı, 3-də isə Rəcəbov qələbə qazanıb, digər görüşlər heç-heçə yekunlaşıb.  
Qeyd edək ki, bu gün start götürən və olimpiya sistemi ilə keçirilən turnir 1/4 final mərhələsindən başlayıb. Yarışda 8 şahmatçı mübarizə aparır. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər