Teymur Rəcəbov "Global Championship"lə vidalaşdı

Teymur Rəcəbov "Global Championship"lə vidalaşdı

Azərbaycan şahmatçısı Teymur Rəcəbov "Global Championship" onlayn turnirinin final mərhələsində mübarizəni dayandırıb.

Fanat.Az xəbər verir ki, səkkiz şahmatçının iştirakı ilə təşkil olunan həlledici mərhələnin startında - 1/4 finalda Aniş Giri ilə üz-üzə gələn 35 yaşlı qrossmeysterimiz iki oyun gününün yekununda rəqibinə 4:5 hesabı ilə uduzub.

Giri yarımfinalda Nihal Sarin (Hindistan) ilə qarşılaşacaq. Digər finalçını isə ABŞ təmsilçiləri Hikaru Nakamura və Uesli So müəyyənləşdirəcək.

Turnirin mükafat fondu 1 milyon 100 min dollardır. Qalib 200 min dollar qazanacaq.

Qeyd edək ki, Rəcəbov final mərhələsinə kimi çinli Hou Yifanı, dünya şahmat tacına iddialı rusiyalı Yan Nepomnyaşini və hindistanlı Arcun Eriqaysini məğlub edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər