Türkiyənin həvəskarlar liqasında çıxış edən "Çermikspor" klubu iki transferlə diqqətləri üzərinə çəkib.
Fanat.Az xəbər verir ki, həvəskar klub ötən mövsüm Kolumbiyanın güclülər dəstəsində çıxış edən "Deportes Tolima"dan Luis Alberto və ölkənin B divizionunda çıxış edən "Kukuta Deportivo"dan Dieqo Alexandronu heyətinə qatıb. Gənc futbolçulardan Albertonun komandası ötən mövsüm Kolumbiya çempion olub.
Transferlər Türkiyədə böyük marağa səbəb olub. Amma yeni həm klub, həm də futbolçular dil problemi ilə üzləşib. Belə ki, Alberto və Alexandro ispan dilində danışır. Amma klubun təmsil etdiyi Diyarbəkirdə bu dili bilən tərcüməçi tapılmayıb. Bu səbəbdən texniki heyət və məşqçilər onlarla telefonlarına endirdikləri tərcümə proqramı ilə danışır.
Komandanın baş məşqçi Hacı Eroğlu prolemlə bağlı bunları deyib: "Əlaqə qurmaqda çətinlik çəkirik. Hələlik telefonlarımıza endirdiyimiz proqramla anlaşırıq".
Yeni transferlər Diyarbəkirin Çermik rayonunda böyük sevinci və maraqla qarşılanıb. Küçələrdə gəzən kolumbiyalı futbolçuları müxtəlif şüarlarla dəstəkləyən rayon sakinləri onları kafedə çaya qonaq edərək tərcümə proqramı ilə sualarını veriblər.
Fanat.Az